Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğan Somada baş verən faciə nəticəsində həyatını itirənlərə "vətəndaş şəhid" adının verilməsi ilə bağlı təlimat verib. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, terror nəticəsində ölən vətəndaşlar üçün tətbiq edilən "vətəndaş şəhid"adı Somada həlak olan mədənçilər üçün də keçərli olacaq. Verilən tapşırıqla əlaqədar işlərin gələn həftə bitməsi nəzərdə tutulur. İşlər bitdikdən sonra Soma şəhidlərinin yaxınları məvacib və işlə təmin olunacaqlar.
Qeyd edək ki, Reyhanlıdakı terror hadisə nəticəsində həyatını itirən vətəndaşlara aid edilən "vətəndaş şəhid" adı Somada həlak olanlar üçün tətbiqinə başlanılıb. Ərdoğan tərəfindən verilən təlimata görə, Soma şəhidlərinin ailələrinə məvacib və iş imkanı yaradacaq.