Moldova parlamentinin ombudsmanı Aureliya Qriqoriu Ukrayna Millətlər Assambleyasının prezidenti Rövşən Tağıyevə sui-qəsdi qəti şəkildə pisləyib. SİA bu barədə ombudsmanın "Twitter"səhifəsinə istinadən xəbər verir.
Rəsmi Kiyevi cinayətkarların həbsi və məsuliyyətə cəlb edilməsi istiqamətində təcili tədbirlər görməyə çağıran A.Qriqoriu Ukraynanın daxili işlər naziri Arsen Avakovu vətəndaşların təhlükəsizliyinin təmin edilməsi işində peşəkarlığını nümayiş etdirməyə səsləyib.
Qeyd edək ki, dünən Kiyevdə Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri, Ukrayna Millətlər Assambleyasının prezidenti, iş adamı Rövşən Tağıyevə sui-qəsd olub. R.Tağıyev çiynindən güllə yarası alıb.