Ayıblarını ayıbları ilə reklam edənlər ANALİZ

14 May 2014 10:11 (UTC+04:00)

Fransa səfirliyində bu ölkənin prezidenti Fransua Ollandla keçirilən görüşdən sonra ictimai rəyə bir çox qaranlıq məqamlar aydın olmağa başladı. Həmin məqamları ayrı-ayrılıqda təhlil etdikcə, ilk görünən amil bu oldu ki, Ollandla görüşdən sonra "müxalifətə nəfəs verildi" ifadəsini əldə bayraq edənlər aşkar şəkildə bildirdilər ki, onların boyunlarına öhdəliklər qoyulub və bu öhdəlikləri boyunlarına qoyan da məhz Fransa hökumətidir. Yəni baxmayaraq ki, Fransa dövlət olaraq Azərbaycan hökuməti ilə daimi əməkdaşlıq, tərəfdaşlıq etmək marağında olduğunu bəyan etsə də, həmin bəyanatların pərdə arxasında müəyyən məqsədlərin dayandığını da şübhə etmək olmaz. Bu, öz yerində.

Lakin Fransua Ollandın xüsusi olaraq AXCP sədri Əli Kərimli, Müsavat başqanı İsa Qəmbər, Turan İnformasiya Agentliyinin direktoru Mehman Əliyev, REAL Hərəkatının sədr müavini Erkin Qədirli (artıq o, yazı hazırlanarkən təmsil olunduğu qurumdan çıxarılmışdı) "Azadlıq Radiosu"nun jurnalisti Xədicə İsmayıl, Sülh və Demokratiya İnstitunun (SDİ) direktoru Leyla Yunusla "bağlı qapılar arxasında" görüş keçirməsinin müxalifət mediasında yer alması YALAN olaraq üzə çıxdı. Bu barədə az sonra qeyd edəcəyik.

Erməniçilik maraqlarına xidmət etmək ən yaxşı halda elə VİCDANSIZLIQDIR!!!

Lakin buna qədər hüquq müdafiəçisindən daha çox hüquq pozucusu kimi nəzərə çarpan, dövlət və milli maraqlara xəyanət edən SDİ rəhbəri Leyla Yunusla, ondan geri qalmayan "jurnalist", daha dəqiq desək qərəz jurnalisti Xədicə İsmayıl haqqında mülahizələrimizi irəli sürək. Belə ki, sosial şəbəkələrdən də göründüyü kimi, Leyla Yunus və Xədicə İsmayıl növbəti dəfə jurnalistləri, media təmsilçilərini təhqir edib, özlərinin nə qədər "demokratik" fərd olduqlarını nümayiş etdiriblər. Leyla Yunus ANS-in əməkdaşları haqqında "Mən də elə bilirəm ki, bunlar jurnalistlərdir" deyəndən sonra Xədicə İsmayıl "Ayıbdır. ANS-də işləmək ayıbdır",- deyə həmkarlarımıza qarşı həqarət dili ilə danışıb.

Daha doğrusu, bir iki bir-birindən fərqlənməyən, rüsvayçı əməlləri ilə "ad qazanan" fərd məlum ayıbları ilə elə həmin ayıblarını reklam ediblər. Qısa xatırlatma edək. Leyla Yunus bir neçə gün öncə polisləri və media təmsilçilərini güllələməyə çağırış edib. Xədicə İsmayıl haqqında isə ümumiyyətlə danışmağa dəyməz. Onun "postel" əməliyyatları haqqında çoxsaylı insanların məlumatları var. Belə olan halda sual yaranır ki, əcəba, adıçəkilən fərdlər "ayıb" sözünü işlədərkən, hansı assosiasiyalara müraciət edirlər? Hər halda ayıblıqla yaşayanların ayıbçılıqdan danışmaları bizcə, yersizdir!

Hələ bu azmış kimi, Xədicə İsmayıl Leyla Yunusu müdafiə edərək "vicdanlı" olduqlarını da iddia edib. Sən demə onların qəbul etmədikləri jurnalistlər "vicdanlı adamlara" yaxınlaşmamalıymışlar! Məgər Azərbaycanın dövlətçilik, millətçilik, mənəviyyat, ləyaqət maraqlarını satmaq nə vaxtdan "vicdanlı" olmaq deməkdir?! Yaxud, jurnalist Eynulla Fətullayev tərəfindən Leyla Yunusla bağlı üzə çıxarılan və kifayət qədər sübuta, dəlilə malik olan, sənədli, fotoşəkilli, heç bir montajı olmayan kompromatlar Yunusların "vicdanlı" olduqlarını iddia edə bilərmi?! Əlbəttə ki, əsla! Çünki ən azından erməniçilik maraqlarına xidmət etmək ən yaxşı halda elə VİCDANSIZLIQDIR!!!

Onların hansı jurnalisti qəbul etdib-etməməkləri isə cəmiyyətin onlara olan ikrah baxışlarını heç vaxt dəyişə bilməz. Normal düşüncəli insanlar bunlardan fərqli olaraq, vicdanlı jurnalistləri VİCDANSIZLARDAN seçməyi yaxşı bacarır.

Leyla Yunus başqa hökumət(lər)ə işləyir

Gəlin bir daha suallarımızı sözügedən kontekstdə analiz edək. Onların dedikləri "ayıb" nədir? Əgər hər hansısa mətbuat orqanı Azərbaycanın milli-dövlətçilik maraqlarından çıxış edirsə, bu, ayıb deyil, ŞƏRƏFDİR! Yaxud, əgər kimsə xaricdən maliyyələşən və elə xaricə də işləyən KİV-də çalışırsa, demək ŞƏRƏFSİZDİR!

Leyla Yunus hüquq pozucusu kimi dəfələrlə dövlət maraqlarından çıxış edən medialara " onlar hökumətə işləyirlər" ittihamını səsləndirirdi. Ancaq bununla o, etiraf edirdi ki, "hüquq müdafiəçisi" olaraq onun özü heç vaxt dövlətə işləməyb. Çünki başqalarını bu kimi ittihamda günahlandıranların özləri, elə Leyla Yunus başqa hökumət(lər)ə işləyir.

Demək, Leyla Yunusun xoşu gəlmədiyi media orqanları onun evi qarşısındakı siyasi həyasızlığını dəstəkləməli, ona "qoymayın, Leyla Yunusun sidik kisəsi partladı və burada hökumət günahkardır" sözlərini yazmalıydılar. Məlumatları Ermənistanın hüquq müdafiəçisi Laura Bğdasaryana ötürməli idi. Bax, onda Leyla Yunus həmin jurnalistləri jurnalist kimi də qəbul edəcəkdi. Amma belə olmadı. Onun bəyənmədiyi jurnalistlər həqiqətləri işıqlandırdı. Qeyri-həqiqətləri isə yazanlar məhz "Azadlıq" qəzeti, "Azadıq Radiosu", eləcə də digər buna bənzər mətbuatlar oldu. Onlar isə vicdansız Leyla Yunusun gözündə "vicdanlı" oldular.

Arif Yunus Fransua Ollandla görüşdə nəmxuda fransız pəhləvanları kimi oturub və kefi də kökdür!

Qayıdaq digər məsələyə. Hələ bir neçə gün öncə Leyla Yunus az qala əri Arif Yunusun ölümcül vəziyyətdə olduğunu deyirdi. Amma hazırkı fotolara diqqətlə baxın – Arif Yunus Fransua Ollandla görüşdə nəmxuda fransız pəhləvanları kimi oturub və kefi də kökdür!

Yeri gəlmişkən, yuxarıda vurğuladığımız fikrə geri dönək. Digər fotodan da aydın şəkildə görünür ki, Fransa səfirliyinin zalında kifayət qədər adam oturub. Yəni Fransa prezidenti heç də təkcə Leyla Yunus, Xədicə İsmayıl, Əli Kərimli, İsa Qəmbər, Erkin Qədirli və Mehman Əliyevlə görüşməyib. Fakt göz qarşısındadır! Özü də zaldakı görüş heç də "bağlı qapılar arxasında" baş tutmayıb. Çünki zalın qapıları da açıqdır.

Beləliklə, "Olland müxalifətə süni nəfəs verdi" deyənlər, "müxalifət yeni hücum taktikasını müəyyənləşdirdi" bəyanatını səsləndirən İsa Qəmbər və Əli Kərimli kimilər bununla bir daha sübut edirlər ki, əslində, müxalifət can üstədir və bu canı geri qaytarmaq ümumiyyətlə, mümkün deyil. Olland isə altı nəfər müxalif baxışlı fərdlərlə deyil, ictimaiyyətin nümayəndələrilə görüşüb. Ağ yalanla isə qara yaxmaq heç vaxt özünü doğrultmayıb!

Rövşən Nurəddinoğlu