Hesabat ilində müdafiə bölməsi üzrə nəzərdə tutulan cari xərclərin icrası 1485,0 mln. manat olub. Bütövlükdə isə cari və əsaslı xərclər də nəzərə alınmaqla, 2013-cü il dövlət büdcəsindən müdafiə xərclərinə 2841,2 mln. manat vəsait yönəldilib. SİA-nın xəbərinə görə, bu xərclərin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 14,8 faiz təşkil edib.
Məhkəmə hakimiyyəti, hüquq mühafizə və prokurorluq xərcləri üzrə icra 1049,3 mln. manat olub. 2013-ci ildə dövlətin müdafiə və təhlükəsizlik tədbirlərinin qanunvericiliyə uyğun olaraq həyata keçirilməsinə maliyyə təminatı yaradılmaqla, bu sahələr üzrə qarşıya qoyulan vəzifələrin icrasına nail olunub.