DSX rəisi Elçin Quliyev cənub bölgəsində yaşayan vətəndaşları qəbul edəcək

13 May 2014 15:22 (UTC+04:00)

Dövlət Sərhəd Xidmətinin rəisi, Sərhəd Qoşunlarının Komandanı, general-leytenant Elçin Quliyev cənub rayonlarında yaşayan vətəndaşların qəbulunu keçirəcək. Bu barədə SİA-ya DSX-nin mətbuat mərkəzindən məlumat verilib.

May ayının 22-də saat 11:00-da Lənkəran Sərhəd Dəstəsində keçiriləcək qəbulda Astara, Lerik, Lənkəran və Yardımlı rayon sakinləri iştirak edə bilərlər.

Qəbulda iştirak etmək istəyənlər onları maraqlandıran sualları may ayının 20-dək Dövlət Sərhəd Xidmətinin www.dsx.gov.az adlı rəsmi saytında yerləşdirməlidirlər. Qeydiyyat üçün 012-498-01-55 və 012-498-01-69 nömrəli telefonlarla əlaqə saxlanıla və ya Lənkəran Sərhəd Dəstəsinə müraciət edilə bilər.