Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 91 illiyinə həsr olunan "Gənclərin Dostu" Milli Mükafatının təqdim etmə mərasimi keçirilib. SİA-nın məlumatına görə, Azərbaycan Gənclər Mərkəzi tərəfindən təqdim edilən mükafata bu il millət vəkilləri, dövlət rəsmiləri, musiqiçilər, media rəhbərləri və bəzi şirkətlər layiq görülüb.
Mərasimdə çıxış edən təşkilat komitəsinin kordinatoru Anar Sarıyev bildirib ki, Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, milli lider və xalq məhəbbətini qazanan öndər kimi qalıb.
Mükafata layiq görülən Azərbaycan Ağsaqqalar Şurasının Fəttah Heydərov vurğulayıb ki, bugünkü gənclər Ulu Öndər Heydər Əliyevin qurduğu cəmiyyətdə yaşadıqlarına görə çox xoşbəxtdirlər.
Millət vəkili Qənir Paşayevada bu mükafata layiq görüldüyündən şad olduğunu qeyd edərək Ulu Öndər Heydər Əliyevin gənclərə göstərdiyi diqqət və qayğıdan danışıb.
Daha sonra Xalq artisti Ağdadaş Ağaye, əməkdar artisti, müğənni Azərin Ümummilli Lider Heydər Əliyevin mədəniyyətə və musiqiyə göstərdiyi diqqət və qayğıdan danışıb.
Qeyd edək ki, "Səs" Media Qrupunun rəhbəri Bəhruz Quliyev də "Gənclərin və Gənclər Təşkilatlarının sosial layihələrinin rəhbərlik etdiyi media qurumlarında işıqlandırdığına görə "Gənclərin Dostu" Milli Mükafatına layiq görülüb.