Fransa prezidentinin ölkəmizə səfəri başa çatdı

12 May 2014 17:09 (UTC+04:00)

Mayın 12-də Fransa Respublikasının Prezidenti Fransua Ollandın Azərbaycan Respublikasına rəsmi səfəri başa çatıb. SİA-nın məlumatına görə, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Fransa Respublikasının Prezidenti Fransua Ollandı hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər yola salıblar.