Sumqayıtda binanın zirzəmisində yanğın olub, bir nəfər xəsarət alıb. Bu barədə SİA Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir. Belə ki, Sumqayıt şəhərində ikimərtəbəli inzibati binanın zirzəmisində 12 kv.m sahədə məişət tullantıları yanıb. Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb.
Bina yanğından mühafizə olunub. Yanğın saat 07:59-da yanğınsöndürənlər tərəfindən söndürülüb.