Xeyriyyə konsertinin vaxtı bəlli oldu

3 May 2014 10:35 (UTC+04:00)

Xəbər verdiyimiz kimi, müğənnilər Sevda Yahyayeva və Elton Hüseynəliyev xeyriyyə konserti verəcəklər. Artıq konsertin vaxtı dəqiqləşib. Belə ki, tədbir mayın 26-da Heydər Əliyev Sarayında baş tutacaq.

Qeyd edək ki, konsertin təşkilatçısı prodüser Tolik bilet satışından əldə olunan pulları xəstə olan iki gənc qızın müalicəsinə sərf edəcək.