Üç ekranlı smartfon

3 May 2014 07:53 (UTC+04:00)

Kanadada Kuins Universitetinin mühəndisləri təsvirin göstərilməsi üçün "elektron mürəkkəb" texnologiyasından istifadə edən üçekranlı smartfonun işçi prototipini nümayiş etdiriblər. Qurğu "PaperFold" adlandırılıb. Onun köməyi ilə zəng etmək, mətn mesajları göndərmək və internetdə "gəzişmək" olar, amma təqdim edilmiş prototipin əsas üstünlüyü birləşdirilmiş ekranlardır.

Bildirilir ki, "PaperFold" qurğusunun konstruksiyası ondan "transformer" kimi istifadəyə imkan verir. Ekranların yerləşməsindən asılı olaraq aparatın imkanları dəyişir. Məsələn, smartfonu mini-noutbuka çevirmək olar. Hazırda bu həll hələ ki prototip mərhələsində mövcuddur, Kanada mühəndisləri hələ ki onun kommersiya tətbiqi haqqında düşünmürlər.