Bu gecə Atatürk prospektində hərəkət məhdud olacaq

2 May 2014 14:18 (UTC+04:00)

Bakıda daha bir yolda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq. Bu barədə SİA-ya Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

Yol cizgiləri xətlərinin, piyada keçidlərinin və yol göstərici xətlərin yenidən rənglənməsi məqsədilə bu gün saat 22:00-dan etibarən, Atatürk prospektində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq. Sürücülərə alternativ olaraq Azadlıq prospekti, Aşıq Molla Cüma və Əhməd Rəcəbli küçələrindən istifadə etmələri tövsiyə olunur.