İki həftə sonra Çinin "Lenovo" şirkətinə məxsus "Motorola" yeni smartfonunu nümayiş etdirəcəkdir. Aparat mayın 13-də Londonda keçiriləcək tədbirdə təqdim ediləcək. "Motorola" şirkəti inkişaf etməkdə olan bazarlar üçün "Moto E" modelini təqdim etməyə hazırlaşır.
Bildirilir ki, "Moto E" smartfonu 720p təsvir ölçülü 4,3 düymlük ekran, 1 qiqabayt əməli yaddaş, 1.2 qiqabayt-saniyə takt tezlikli ikinüvəli prosessor, 1900 milliamper/saat tutumunda akkumulyator, 5 meqapiksellik kamera və batareya ilə təchiz ediləcək.