Ermənistan mətbuatının yazdığına görə, təkcə 2014-cü ilin birinci rübündə ölkəni 28 447 nəfər vətəndaş tərk edib. SİA ölkənin Milli Statistika Xidmətinin məlumatına istinadən xəbər verir ki, ölkədəki sosial-iqtisadi vəziyyətlə bağlı məruzədə ölkədən çıxan vətəndaşların çox hissəsinin geri qayıtmadığı bildirilir. Belə ki, ötən ilin müvafiq dövründə Ermənistanı tərk edənlərin sayı 35 500 nəfəri təşkil edib. Bu ilin birinci rübü ilə müqayisədə ilin sonuna kimi 44 000 nəfərin ölkəni birdəfəlik tərk etməsi proqnozlaşdırılır.