Mayın 2-də Suraxanı Rayonu Heydər Əliyev Mərkəzində "Naxçıvan – qədim mədəniyyət diyarı" adlı elmi konfrans keçiriləcək. SİA-nın məlumatına görə, konfrans Azərbaycanın və Şərqin ən qədim diyarlarından biri olan, çoxəsrlik dövlətçilik ənənələri ilə həmişə xalqımızın zəngin mədəni irsini layiqincə yaşadan, çoxlu sayda görkəmli elm xadimləri, sənətkarlar, tarixi şəxsiyyətlər yetişdirən, ölkəmizin sosial-iqtisadi, ictimai-siyasi həyatında əvəzsiz rol oynayan Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyi ilə əlaqədar təşkil ediləcək.