Donetskdə Ukraynanın federallaşmasına qarşı çıxan nümayişçilərə hücum olub

28 Aprel 2014 22:39 (UTC+04:00)

Bu gün Donetskdə Ukraynanın federallaşmasına qarşı çıxan nümayişçilərə hücum olub.

Üzərində tanınma nişanı olmayan kamuflyaj geymiş şəxslər əvvəl yürüşün yolunu kəsib, sonra isə nümayişçilərə hücum ediblər.

Məlumatlara görə, hücum dava ilə nəticələnib. Davada xəsarət alanların sayı hələlik məlum deyil.