Bakı şəhəri Xətai rayonu Gəncə prospekti ilə Sadıqcan küçəsinin kəsişməsində yeni çəkilən 315 mm diametrli su xəttinin şəbəkəyə qoşulması işlərinin aparılması ilə əlaqədar "+110 Şərq" su anbarının 500 mm diametrli V-2 çıxış xətti bağlanılacaq. "Azərsu" ASC-dən SİA-ya verilən xəbərə görə, bununla əlaqədar sabah Babək və Gəncə prospektlərinə, S.Ə.Şirvani, M.Hadi, Neapol küçələrinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Yaranacaq narahatlıqla əlaqədar "Azərsu" ASC abunəçilərdən üzr istəyir.