Biznesin korporativ sosial məsuliyyəti

28 Aprel 2014 17:54 (UTC+04:00)

Biznes sosial vəizfələri öz üzərinə götürməlidirmi və şirkətlərin inkişafında korporativ sosial layihələrə hansı rol ayrılmışdır - oxucularla bu və bununla bağlı məsələlər haqqında "AtaHolding"in ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Dilarə Zamanova öz fikirlərini bölüşür.

Korporatv sosial məsuliyyət terminindən (KSM) 1970-ci illərdən başlayaraq istifadə etməyə başlamışlar və beynəlxalq təcrübədə şirkətin üzərinə götürdüyü, yalnız öz əməkdaşlarının deyil, həm də cəmiyyətin, ətraf mühitin də həyat və işinin keyfiyyətinin yüksəlməsi barədə könüllü öhdəliklərin göstərilməsi üçün tətbiq edilir. KSM-in özünün istiqaməti iri ekoloji fəlakətlərdən, qəzalardan başlanmışdır. Beləcə, 80-ci illərin sonunda ekoloji məsələlərə diqqət yarandı. Cənub-Şərqi Asiya ölkələrində uşaq əməyindən istifadə edən qərb şirkətləri ilə qalmaqallardan sonra sosial aspektlərlə də belə oldu. Sonra bütün bunlar korporativ məsuliyyət və dayanıqlı inkişaf çətiri altında birləşdi. Daha sonra bütün dünyaya domino effekti ilə yayıldı. İstehlakçı diqqəti uğrunda qeyri-qiymət rəqabəti başlandı. Insanların həyat səviyyəsi artmaqla ümidləri də artmağa başlayır, xüsusilə də son onillikdə biznesin sosial rolu haqqında yeni anlayış və mülahizələri meydana gəlir. Bunlar inkişaf etmiş ölkələrdə başlamışdır. Bunun obyektiv iqtisadi səbəbləri vardır. Dünyanın ən böyük iqtisadiyyatı olan Amerikanın liberal modelli iqtisadiyyatında dövlət o qədər sosial öhdəlikləri deyil, daha çox tənzimləyici funksiyalarını öz üzərinə götürür. Avropada dövlətin yüksək vergilər hesabına həll etdiyi bir çox sosial problemlər ABŞ-da biznesin çiynindədir. İndi biznesin sosial fəal hərəkətini təsvir edən müəyyən terminologiya yaranmağa başlamışdır. Daha ümum termin - corporate citizenship - hərfi mənada "Korporativ vətəndaşlıq" və ya biznesin sosial fəallığıdır. "Korporativ vətəndaşlıq" ətraf sosial mühit qarşısında şirkətin ümumi iqtisadi yaşayış prinsipləri ilə sosial məsuliyyəti arasında möhkəm əlaqəni müəyyən edir.

Bu günə biznesin sosial məsuliyyətinin nədən ibarət olduğu və bu anlayışa nəyin daxil olması barədə çoxlu şərhlər vardır. Bu anlayış daha tutumlu və geniş Avropa Komissiyasının sənədlərində verilmişdir: "Korporativ sosial məsuliyyət, mahiyyəti etibarilə şirkətlərin cəmiyyətin yaxşılaşmasında və ətraf mühitin mühafizəsində iştirakı barədə könüllü qərarını əks etdirir". KSM konsepsiyadır, onun köməyilə təşkilatlar cəmiyyətin maraqlarını nəzərə alır, fəaliyyətlərinin sifarişçilərə, tədarükçülərə, işçilərə, səhmdarlara, yerli cəmiyyətlərə və ictimai sahənin digər maraqlı tərəflərinə təsir üçün məsuliyyəti öz üzərlərinə götürürlər. Bu öhdəlik qanunvericilik tərəfindən müəyyən edilmiş normalar çərçivəsindən kənara çıxır və təşkilatların öz əməkdaşlarının və onların ailələrinn, həmçinin yerli birliklərin və bütövlükdə cəmiyyətin yaşayış keyfiyyətinin yüksəlməsi üçün könüllü olaraq əlavə tədbirlər görməsini nəzərdə tutur.

KSM sadəcə xeyriyyəçilik, vergi ödəməsi və ya piar (PR) deyil, o, şirkətin həm daxili, həm də xarici yönümlü müxtəlif sosial proqramların həyata keçirilməsində ifadə olunan fəallığıdır. Sosial fəallıq proqramlarının fərqli cəhətləri onların aparılmasının könüllü olması, sistemli xarakteri və şirkətin missiyası və inkişaf strategiyası ilə bağlılığıdır. Korporasiyaların sosial məsuliyyətin dərəcəsi və dərəcə xarakteri haqqında müzakirələrin bu günə qədər davam etməsinə baxmayaraq, birmənalı olaraq qəbul edilmişdir ki, məhz korporativ PR -xidmətlər təşkilatın sosial məsuliyyət siyasətinin və proqramlarının formalaşmasında həlledici rol oynamalıdırlar. KSM təcrübəsi çoxsaylı mübahisə və tənqid predmetidir. Onun müdafiəçiləri israr edir ki, o, möhkəm iqtisadi dayaqlara malikdir və korporasiyalar şəxsi ani qısamüddətli mənfəətdənsə, daha geniş və dayanıqlı perspektivə işləməklə üstünlüklər əldə edirlər. Tənqidçilər mübahisə aparırlar ki, KSM biznesin fundamental iqtisadi rolundan kənara aparır, bu, gerçəkliyin bəzədilməsi kimi bir şeydir. Nəhəng-şirkətlər tərəfindən ictimaiyyətin diqqətini yayındırmaq üçün istifadə olunur. Onlar hesab edir ki, müstəsna olaraq mənfəəti maksimuma çatdırmaq məqsədilə fəaliyyət göstərən korporasiyalar bütövlükdə cəmiyyətin maraqlarından çıxış edə bilməz.

Biznesin sosial məsuliyyəti problemi, yəni onun bütövlükdə xalq və ya cəmiyyət qarşısında məsuliyyəti son illər bizim ölkədə də öz inkişafını tapır. Bu, əsasən iri özəl biznes olub, sosial yönümlü və ekoloji menecmentin müasir beynəlxalq standartlarını tətbiq etməyə başlamışdır. Bu sahədə şirkətlərin fəaliyyəti həmçinin regional və yerli hakimiyyət orqanları, eləcə də vətəndaş cəmiyyəti ilə aydın, müntəzəm və effektiv qarşılıqlı münasibətlərin qurulmasıdır. Bizdə KSM-in inkişafı dünya meyillərinə müvafq olaraq baş verir, lakin hələ çox yavaş gedir və faktiki olaraq kiçik və orta biznesi əhatə etmir.

KSM sadəcə ictimaiyyətlə əlaqələr funksiyası olmayıb, korporativ idarəetmənin tərkib hissəsidir. Ona görə də, KSM sahəsində qərarlar korporativ idarəetmənin qarşılıqlı əlaqəli olan bütün səviyyələri: şirkət sahibləri, direktorlar şurası və menecment tərəfindən qəbul edilir. Bu işin mahiyyəti ondan ibarətdir ki, istənilən istehsal və iqtisadi qərarlar onların şirkətlər və cəmiyyət üçün sosial və ekoloji nəticələri nəzərə alınmaqla qəbul edilir. Bu quruluşda KSM strateji inkişafın, işgüzar nüfuzun və rəqabətqabiliyyətliliyinin, həmçinin şirkətlərin bazar kapitallaşmasının artımının güclü amilinə çevrilir. Faktiki olaraq, KSM - şirkətin dayanıqlı inkişaf strategiyası siyasəti və onun həyata keçirilməsidir. Şirkətin korporativ sosial məsuliyyəti - onun iqtisadi, ekoloji və sosial fəaliyyətə verdiyi töhfə olub, həm şirkətin özünün, həm də onun iştirak etdiyi regionların, bütövlükdə cəmiyyətin dayanıqlı inkişafını təmin edir. İctimai sorğulara cavab verən sosial məsul şirkət üzərinə sosial məsuliyyətdə əlavə öhdəliklər: məhz aşağıdakıları götürə bilər: korporativ idarəetmə, korporativdaxili işgüzar etika; öz məhsul və xidmətinin keyfiyyətinin, istehlak xassələrinin və sosial əhəmiyyətinin inkişafı; kiçik və orta biznesə dəstək, ekologiya, sosial investisiyalar, işçi heyətin peşəkar inkişafı, iştirak etdiyi ərazilərdə sponsor və xeyriyyəçilik layihələri, mədəniyyət, idman və təhsil sahələrinə kömək; marağı olan tərəflər - səhmdarlar və investorlar, əməkdaşlar və həmkarlar ittifaqları, tədarükçülər və istehlakçılar, hakimiyyət orqanlarının nümayəndələri, KİV, peşəkar birliklər, ictimai və qeyri-kommersiya təşkilatları və başqaları ilə dialoqlar və ictimai dinləmələr, öz biznesinin açıqlığını və şəffaflığını dayanıqlı inkişafı üzrə müntəzəm sosial hesabat və beynəlxalq hesabat sistemləri vasitəsilə yüksəltmək.

Biznesin sosial məsuliyyət sahəsində tədbirləri şirkətin özü və bütövlükdə cəmiyyətin maraqlı tərəfləri ilə qarşılıqlı münasibətdə könüllü vətəndaş təşəbbüsləri predmetindən ibarət olub, biznes vasitəsilə cəmiyyətin vəziyyəti və inkişafının güclü vasitə kimi öz mənəvi məsuliyyətlərini nümayiş etdirirlər. Artıq başqa ölkələrdə baş verdiyi kimi, KSM tədricən korporativ idarəetmənin və menecmentin baza ideologiyasına çevrilir. Indi qərbdə KSM-in tərkib hissələri olan məsuliyyətin bütöv palitrası mövcuddur, və hər bir şirkət bu anlayışa özünün strateji vəzifə və prioritetləri, özünün korporativ mədəniyyəti və üzərinə götürməyə hazır olduğu məsuliyyət və öhdəliklər prizmasından tərif verir.

Korporativ sosial məsuliyyətli siyasətin daxil edilməsi şirkətlərin mənfəətliliyini artıran amil kimi qəbul edilmişdir, bununla əlaqədar biznes investorların, hökumətlərin və cəmiyyətin əsas istehsalının ətraf aləmə təsir dərəcəsini aydınlaşdırmaq çağırışına reaksiya verməyə başladı. 1970-ci illərdə ətraf mühitin çirklənməsi təhlükəsinin artması ilə əlaqədar meydana çıxaraq, bu gün KSM ciddi genişlənmişdir. Hazırda şirkətlərin qazandıqları pullarla nə edəcəkləri deyil, bu pulu necə qazandıqları vacibdir. KSM strategiyası çərçivəsində daxil edilmiş sosial innovasiyalar şirkətlərə ancaq öz vətəndaş mövqelərini nümayiş etmək üçün deyil, eləcə də fərqlənməyə imkan verən, yeni məhsulların və istiqamətlərin inkişaf etdirilməsi, loyallığın artırılmasına səbəb olaraq brend və istehlakçı arasında emosional əlaqə yaratmaq kimi vacib marketinq vasitəsi olurlar. Korporativ məsuliyyət strategiyasının həyata keçirilməsinin şirkətlərə verdiyi üstünlük işçi heyətin təmin edilməsinin artmasını, kadr axınının azaldılmasını və brendin dəyərinin artırılmasını özünə daxil edir. Birləşməyən şirkətlər biznes imkanlarını, rəqabət üstünlüklərini itirirlər və idarəetmədə geri qalırlar KSM strategiyasını daxil etməməklə onlar birincisi, öz istehsalının təsirini cəmiyyətə və ətraf mühitə izləmirlər və nəzarət etmirlər, ikincisi isə öz iqtisadi potensiallarını tam şəkildə həyata keçirə bilmirlər.

İnnovasiya cəmiyyəti ekoloji və sosial fəaliyyət göstəricilərinə müəyyən tələblər irəli sürür. Hətta ESG performance termini əmələ gəlib (environmental, social, governance). Belə ki, investorlar daha çox şirkətin maliyyə göstəricilərinə deyil, ESG göstəricilərinə baxırlar. Onlar şirkətin nə qədər dayanıqlı inkişaf etdiyini və onun perspektivlərinin necə olduğu haqqında şəklini verirlər. Sosial məsuliyyətli investisiyalar bazarı artır, bu da, həmçinin, motivdir. İnvestorların ancaq maliyyə göstəricilərindən deyil, sosial və ekoloji göstəricilərə də əsaslanaraq qərar qəbul etdikləri fond bazarının iri seqmenti mövcuddur. Fond bazarında iri xarici şirkətlər çox vaxt sosial məsuliyyətli investisiya siyasətinə üstünlük verirlər. Onlar müəyyən standartlara əməl etməyən müəssisələrə kapital qoyuluşu etmirlər.

Sosial fəallıq ancaq şirkətdən kənar obyektlərə aid deyil, o eləcə də şirkətin işçi heyətinə də aiddir. Sosial fəallıq əməkdaşların loyallığını artıraraq yeni işçi heyəti yığmağa və köhnəsini saxlamağa kömək edir. Onlar işçilərin yeni təcrübə toplamalarına, məsələn, volontyor proqramları vasitəsi ilə səbəb ola bilərlər.

Savadlı menecerlər çoxdan başa düşüblər ki, lazım olan kadrların axtarışının ən yaxşı üsulu savadlı tələbələrə hələ institutda nəzarət etməklə onları qabaqcadan hazırlamaqdır.

Çox vaxt şirkətlər öz əməkdaşlarının sosial yönümlü təşəbbüslərini dəstəkləyirlər. Bu onların şirkətə olan loyallığını artırır və kollektivdə mənəvi ruhu gücləndirir. Əməkdaşlar onların fikirləri ilə hesablaşdıqlarını və onların qərarlarının şirkət tərəfindən həvəslə qəbul edildiyini hiss edirlər.

Müasir şəraitdə sosial məsuliyyətli müəssisənin daha çox rəqabət qabiliyyətli olduğunun başa düşülməsi, "korporativ vətəndaşın" çox halda transmilli şirkətlərin PR-strategiyalarının təzyiqi altında biznes mühitdə formalaşır. İnkişaf etmiş ölkələrdə xeyriyyəçilik əslində marketinqin və PR-ın bir elementi kimi olub və eləcə də, bu sahədə digər tədbirlər kimi dəqiqliklə planlaşdırılır və təşkil edilir. Belə yanaşma tamamilə özünü doğruldur, çünki istehlakçılar üçün şirkətin sosial mövqeyinin həqiqətən də böyük rolu var, şirkətin müsbət imici ancaq səhmdarlar üçün deyil, istehlakçılar üçün də vacibdir.

Sosial məsuliyyətli şirkətlər korporativ sosial məsuliyyət prinsiplərini həyata keçirərək bir sıra nəzərəçarpacaq, o cümlədən onların maliyyə göstəricilərinin yaxşılaşması, istismar xərclərinin azalması, satış həcminin artması, müştərilərin cəlb edilməsi və saxlanılması, əməkdaşların əmək məhsuldarlığının artması və onların iş kefiyyətlərinin yaxşılaşması, işçi heyətin cəlb edilməsi və saxlanılması üçün əlavə imkanların yaradılması, nəzarət funksiyalarının həyata keçirilməsində tələbatın azaldılması və eləcə də kapitala girişin genişləndirilməsi kimi üstünlüklər əldə edirlər.

BSR təşkilatının (sosial məsuliyyət üçün biznes) verdiyi məlumata görə, bir sıra elmi tədqiqatlar sosial məsuliyyətli korporativ təcrübə ilə və şirkətin fəaliyyətinin maliyyə göstəricilərinin yaxşılaşması arasında əlaqə olduğunu təsdiqləyirlər. Şirkətin sosial fəallığı onun səhmdar qiymətinin artmasının əsas amilidir. Bu haqda şirkətlərin ildən-ilə ancaq sosial investisiyalarını artırmaqları deyil, həm də fəaliyyətlərinin bu tərəfi haqqında məlumatı açıqlamağa daha çox diqqət yetirirmələri faktı da təsdiq edir. Aparıcı şirkətlərin illik hesabatlarında korporativ məsuliyyət bölməsi (biz biznesi necə aparırıq) əməliyyat fəaliyyəti nəticələri bölməsindən (biz nə qədər qazanırıq) az vacib deyil.

Azərbaycanda sosial məsuliyyət konsepsiyasının tətbiqi üçün ən ciddi problem kimi çox sayda şirkətlərin aşağı dərəcədə kapitallaşmasını, miqyaslı sosial proqramların tətbiq edilməsi üçün resursların olmamasını hesab etmək olar.

Dünya təcrübəsindən istifadə edərək və KSM sahəsində ciddi layihələri həyata keçirməyə və dayanıqlı inkişafa başlayaraq, yerli şirkət eyni zamanda iki məsələni həll edə bilər - o, ölkə daxilində güclü PR əldə edir və xaricin aparıcı şirkətlərinin səviyyəsinə çatmaq üçün hərəkət edir.

Azərbaycan şirkətləri dünya sosial və ekoloji məsuliyyəti səviyyəsinə yaxınlaşmaq üçün çox şeylər etməlidir. Lakin bunun üçün müxtəlif formalarda -şirkətə daha rahat, o cümlədən sadə - illik hesabatların xüsusi bölməsindən, həmçinin sosial və ekoloji hesabatların dayanıqlı inkişaf və sosial-ekoloji məsuliyyət konsepsiyasının tətbiqindən başlamaq lazımdır. Bu zaman öz biznesinin sosial məsuliyyəti haqqında bütün səviyyələrdə hakimiyyət orqanları və vətəndaş cəmiyyəti ilə prinsipial surətdə daimi dialoq qurmaq olduqca mühümdür. Burada effektiv vasitə və metodların tam dəsti mümkündür:

- biznesi mühüm sosial və ekoloji inkişaf prioritetlərində iştirak etməyə dəvətlə regionların sosial forumlarının keçirilməsi;

- şirkətlərin sosial, ekoloji, mədəni və sahələrinin maliyyələşdirilməsində birbaşa payçı kimi iştirakı;

- biznes tədbirlərində, onun sosial və ekoloji məsuliyyəti üzrə dialoqlarda regional və bələdiyyə orqanları nümayəndələrinin iştirakı, ictimai proqramların inkişafında təkmilləşmə;

- sosial tərəfdaşlığın inkişafı üçün onun bütün tərəflərinin: hakimiyyət orqanlarının, biznesin və vətəndaş cəmiyyətinin iştirakı ilə seminarların və xüsusi tədbirlərin keçirilməsi;

- vəsaitlərin şəffaflığı üçün QHT-ləri hakimiyyətin və biznesin müştərək sosial və ekoloji proqramlarının həyata keçirilməsinə qoşmaq.

Bizneslə cəmiyyətin tərəfdaşlığı istənilən kommersiya təşkilatının dayanıqlı inkişafının zəminidir. Cəmiyyət yalnız o vaxt vətəndaşların hörmətini qazana və yeni zirvələr fəth edə bilər ki, müxtəlif zövqlü auditoriyanın - həm müştərilərin, həm də bütövlükdə cəmiyyətin maraq və üstünlük verdiklərini nəzərə almış olsun. Korporativ sosial məsuliyyətə məhz bu cür sistemli yanaşma biznesin inkişafının uzunmüddətli strateji prinsipləri ilə qırılmaz surətdə bağlıdır.