Azərbaycan Respublikası Nazirlər Kabinetinin16 iyun 2013-cü il tarixli qərarı ilə təsdiq edilən "Azərbaycan Respublikasında elmi işçilərin attestasiyasının keçirilməsi Qaydaları"na uyğun olaraq AMEA Naxçıvan Bölməsində 47 elmi işçinin attestasiyası keçirilib. SİA-nın xəbərinə görə, bu barədə AMEA Naxçıvan Bölməsinin Rəyasət Heyəti martın 4-də qərar verib. Qərara əsasən AMEA-nın müxbir üzvü, biologiya üzrə elmlər doktoru Talıbovun sədrliyi ilə komissiya yaradılıb. Sədr, katib və 11 üzvdən ibarət olan komissiya attestasiyadan keçəcək işçilərin rəy, xasiyyətnamə və digər sənədlərilə tanış olub.
Bu gün isə bölmə tərkibində fəaliyyət göstərən iki elmi-tədqiqat institutunun- Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun və İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun elmi işçiləri attestasiyadan keçirilib. Təbii Ehtiyatlar və Bioresurslar İnstitutunun işçilərinin attestasiyası aprelin 29-da, Batabat Astrofizika Rəsədxanası və Əlyazmalar Fondunun elmi işçilərin attestasiyası isə aprelin 30-da keçiriləcək.