“Galaxy Beam 2” smartfonu

26 Aprel 2014 08:38 (UTC+04:00)

"Samsung" şirkəti "Galaxy Beam 2" smartfonunu nümayiş etdirib. Smartfon orijinal xüsusiyyətə malikdir. Cihaza quraşdırılmış mini-proyektor 800x480 piksel ölçülü təsviri istənilən düz səthdə əks etdirir. Bu, məsələn, kiçik təqdimatların keçirilməsi üçün faydalı ola bilər.

Bildirilir ki, smartfon 800x480 piksel təsvir ölçülü 4,66 düymlük ekran, 1,2 qiqabat-saniyə takt tezlikli dördnüvəli prosessor, 1 QB əməli yaddaş, 5 meqapiksellik əsas kamera və 2600 milliamper/saat tutumunda akkumulyatorla təchiz edilib. Smartfona "Android 4.2.2" mobil əməliyyat sistemi quraşdırılıb.