Prezident İlham Əliyev Çexiya Deputatlar Palatasının sədri ilə görüşüb

23 Aprel 2014 22:31 (UTC+04:00)

Aprelin 23-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Çex Respublikasının Deputatlar Palatasının sədri, Çexiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Yan Hamaçek ilə görüşüb.

Görüşdə ölkələrimiz arasında ikitərəfli əlaqələrin inkişafından məmnunluq ifadə olundu. Parlamentlərarası əlaqələrin daha da genişlənməsinin Azərbaycan-Çexiya əməkdaşlığının inkişafına töhfə verdiyi bildirildi.

Söhbət zamanı Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlıqla bağlı fikir mübadiləsi aparıldı.