“Twitter” şirkəti “Gnip” startapını satın alır

18 Aprel 2014 07:17 (UTC+04:00)

"Twitter" mikrobloqlar xidmətinin operatoru olan eyniadlı şirkət sosial şəbəkələrdə məlumatların təhlili üçün proqram alətlərinin hazırlanması üzrə ixtisaslaşmış "Gnip" startapını satın almışdır. Sazişin dəyəri açıqlanmayıb.
Bildirilir ki, "Gnip" startapının müştəriləri istehsalçılar, jurnalistlər, elmi tədqiqat institutları və hətta siyasətçilərdir. Onların hamısı mikrobloqlarda dərc edilmiş yazılar üzrə izlənilə bilən tendensiyalarla maraqlanırlar.
Qeyd edilib ki, bu firmanın satın alınması bütün mesaj axınının emalını asanlaşdıracaqdır. Gündəlik tvitlərin sayı 500 milyona çatır. Bu da öz növbəsində elan verənlər üçün tarqetinqi yaxşılaşdıracaq.