“Facebook” indi də pulköçürmə sistemi yaradır

18 Aprel 2014 05:15 (UTC+04:00)

"Facebook" şirkəti yaxın vaxtlarda şəxsi elektron pul sistemini istifadəyə vermək niyyətindədir. Sosial şəbəkə cəmi bir neçə həftədən sonra İrlandiyada yerləşən dövlət maliyyə tənzimləyici orqanından sözügedən xidmətin işə salınması üçün razılıq alacaq.
Xidmət istifadəçilərə öz pullarını "Facebook"da saxlamağa və digər şəxslərə göndərməyə icazə verəcək.
Tənzimləyici orqan razılıq verdiyi halda, "Facebook" öz elektron valyutasını buraxacaq və o, bütün Avropada tanınacaq. Sosial şəbəkənin olduqca geniş auditoriyasını nəzərə alaraq demək olar ki, bu sistem Avropanın müxtəlif ölkələrində yaşayan qohumlar və dostlar arasında çox məşhur olacaq.