"Ölümünü sifariş edənlər" sənədli filminin nümayişi olub

17 Aprel 2014 13:35 (UTC+04:00)

"Narkomaniyaya qarşı mübarizədə ictimai təşəbbüslərin rolu" adlı layihəsi əsasında çəkilən "Ölümünü sifariş edənlər" sənədli filminin geniş ictimai müzakirəsi başlanılıb. SİA-nın xəbərinə görə, bu ay ərzində 6 saylı məktəb-liseyin yuxarı sinif şagirdlərinə sənədli film nümayiş etdirilib.

Həkim-narkoloq Asif Kələntərli, BMT-nin Cənubi Qafqazda narkotiklərə nəzarət proqramının əməkdaşı Leyla Yolçuyeva filmlə bağlı müzakilərdə iştirak ediblər.

Aprelin 16-da isə Bakı Dövlət Universitetinin Jurnalistika fakultəsinin tələbələri və 160 saylı orta məktəbin Şagirdləri üçün ictimai müzakirələr təşkil edilib. Sənədli filmin nümayişi Park Bulvar AVM-in "Tusi-BOHM-Planetarim"da olub. Tibb universitetinin dosenti, ekspert Araz Mənüçöhri film ətrafında müzakirələr aparıb və iştirakşçıları maraqlandıran sualları cavablandırıb.

Layihənin əsas məqsədi gənc nəslə maarifləndirmə yolu ilə narkomaniya, yəni ağ ölüm bəlasının fəsadlarını çatdırmaqdır.