Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 17-də Avropa Şurasının Bakıdakı ofisinin yeni rəhbəri xanım Draqana Filipoviçi qəbul edib.
SİA-nın xəbərinə görə, görüşdə Azərbaycan ilə Avropa Şurası arasında əməkdaşlığın hazırkı vəziyyətinə və perspektivlərinə dair məsələlər ətrafında fikir mübadiləsi aparılıb.