“Toshiba” 4K formatlı noutbuk istehsal edəcək

17 Aprel 2014 08:41 (UTC+04:00)

Aprelin 22-də ABŞ-da "Toshiba" şirkətinin 3840x2160 piksel təsvir ölçülü 15,6 düymlük ekranla təchiz edilmiş yeni noutbuku satışa çıxarılacaq. Qurğu fotoqraf, dizayner və videomontajçılar üçün nəzərdə tutulub.
Bildirilir ki, "Satellite p55t" noutbukunun ekranı "IPS" texnologiyası üzrə hazırlanmış, displeyin hər bir düymünə 282 piksel düşür. Noutbuku satın aldıqda "Adobe Lightroom" fotoredaktoru üçün ödənişsiz lisenziya təklif edilir. Qurğunun qiyməti 1500 dollardan başlayacaq.
Aparatın texniki içliyi güclüdür: "Haswell" arxitekturalı dördnüvəli "Intel" prosessoru, 16 qiqabayt əməli yaddaş var, 4 "USB 3.0" portu, 4K formatlı ekranları dəstəkləyən "HDMI" portu, "BlueRay" daxili diskoxuducusu var. Məlumatların saxlanılması üçün 1 terabayt TB tutumunda mexaniki sərt disk quraşdırılıb.
Peşəkar fotoqrafları cəlb etmək üçün hər bir ekran fabrikdə kalibrlənəcək və "Technicolor" standartı üzrə təsdiqlənəcək.