“Google” şirkəti kontakt linzalara quraşdırıla bilən kameraları patentləyib

17 Aprel 2014 06:01 (UTC+04:00)

"Google" şirkəti kontakt linzalara quraşdırıla bilən kiçik ölçülü kameraların qeydiyyatına patent sorğusu göndərib. Bu sistem görmə qabiliyyəti zəifləmiş insanlara şəhərdə səmt seçməyə icazə verəcək. Məsələn, insan yola yaxınlaşdıqda smartfon səs siqnalı çalır.
Bildirilir ki, patentə əsasən, hər bir linzaya bir neçə kamera və ötürücü quraşdırıla bilər. Ötürücüləri proqramlaşdırılmaqla işığı, bəzi obyektləri, insanların sifətlərini, hərəkətini, rəngləri seçmək mümkündür. İstifadəçi gözlərini qırpmaqla sistemi idarə edir.