Zəncəfilin faydaları

15 Aprel 2014 11:13 (UTC+04:00)

Acı dada malik olan zərdəçal zəncəfilgillər ailəsinə daxil olan sarı çiçəkli, böyük yarpaqlı, çoxillik bitki cinsidir. SİA-nın xəbərinə görə, ikinci adı Hind zəfəranı olaraq tanınan bu bitkinin ana vətəni Cənubi Asiyadır. Zərdəçal Qərbdə daha çox ədviyyat olaraq istifadə edilməsinə baxmayaraq, Asiyada təbii dərman vasitəsi kimi istifadə edilməkdədir.

Zəncəfil daha çox toz halında istifadə olunur. Üstünlüyü antioksidan təsirli olmasıdır. Tərkibində E və C vitaminlərinin daha çox olduğu sübut olunub.

İltihabı proseslər üçün böyük əhəmiyyətə malikdir. Qaraciyər üçün faydalı olan bu bitki qaraciyərin fəaliyyətini gücləndirməklə yanaşı, orqanizmdə olan toksinlərin atılmasına kömək edir. Zəncəfil həmçinin tənəffüs yolu infeksiyalarının müalicəsində də istifadə edilir.

Araşdırmalar nəticəsində sözügedən bitkinin dəri və sinə xərçəngi üçün faydalı olduğu da ortaya çıxıb.