Paytaxta yağış yağacaq Proqnoz

13 Aprel 2014 12:09 (UTC+04:00)

Bakıda və Abşeron yarımadasında bu gün hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Axşam bəzi yerlərdə yağış yağacağı, gecəyə doğru şimşək çaxacağı ehtimalı var. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometrologiya Departamentindən SİA-ya verilən məlumata görə, gündüz mülayim cənub küləyi əsəcək.

Havanın temperaturunun gecə 6-9, gündüz 13-18 dərəcə isti olacağı gözlənilir. Azərbaycanın rayonlarında aprelin 13-də şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 7-12, gündüz 18-23, dağlarda gecə 2-7, gündüz 9-14 dərəcə isti olacağı gözlənilir.