Bir neçə həftə öncə Azərbaycan tamaşaçılarının qarşısına çıxan qardaş ölkənin sənətçisi Murat Bozdan yenilik var. SİA-nın verdiyi xəbərə görə, müğənni aktyorluq bacarığını ortaya qoyaraq filmə çəkiləcək. O, bu haqda jurnalistlərə açıqlamasında bildirib: "Yeni kinoda oynamaq təklifi almışam. Ssenarini oxuduqdan sonra xeyli güldüm. Sözügedən filmdə 3 tanınmış sima ilə rol alacam. Həmin kinonun maraqlı olacağına və sevənlərimin bəyənəcəyinə əminəm".
Qeyd edək ki, Murat Boz yeni albom üzərində çalışır və həmkarı Gülşənlə birlikdə duet ifa edəcək.