Ötən gün Respublikada 4 yol qəzası baş verib

12 Aprel 2014 13:09 (UTC+04:00)

Azərbaycanda bir gündə baş vermiş yol qəzaları nəticəsində 2 nəfər ölüb. SİA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, aprelin 11-də respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 2 nəfər ölüb, 4 nəfər xəsarət alıb.