İfaçı ana olacaq

12 Aprel 2014 12:08 (UTC+04:00)

Uzun zamandır efirlərdən uzaq gəzən müğənni Günel Ələkbərovadan xəbər var. SİA-nın verdiyi xəbərə görə, ifaçı hamilədir. O, bu xəbəri hər kəsdən gizli saxlayır və bunun üçün də media mənsubları ilə əlaqəsini kəsib. Əldə etdiyimiz məlumata görə, xanım Ələkbərova iyun ayının ilk günlərində ana olacaq.