Türkiyə Moqadişu səfirliyinin tikinti işlərində çalışan işçilərə yönəldilmiş hücuma sərt reaksiya verib. SİA-nın məlumatına görə, Türkiyə Xarici İşlər Nazirliyinin yazdığı açıqlamada bildirilib ki, bu xain hücumu həyata keçirənlərin tutularaq məhkəmə qarşısına çıxarılması gözlənilir.
Açıqlamada Türkiyənin Somalidə sülh və rifahın bərpasına dayaq olmaq məqsədi ilə Somali xalqının yanında olmağa davam edəcəyi də bildirilib.