Şeyxülislamın şimal rayonlarına səfəri başlayıb

12 Aprel 2014 12:00 (UTC+04:00)

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadənin Azərbaycanın şimal rayonlarına səfəri başlayıb. SİA-nın bölgə müxbirinin verdiyi xəbərə görə, Şabran şəhərində olan Şeyxülislam ilk olaraq rayonda fəaliyyət göstərən Heydər Əliyev Mərkəzində olub.

Şabran rayonunun dini icma rəhbərləri ilə görüşən A. Paşazadə onların fəaliyyəti və problemləri ilə maraqlanıb.

Qeyd edək ki, Şeyxülislam Şabran rayonundan sonra Siyəzənə gedəcək.

Emin Kərimov