Prezident İlham Əliyev Azərbaycan Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinə yeni müdirin təyin edilməsi ilə bağlı Sərəncam imzalayıb. SİA-nın məlumatına görə, Səadət Vidadi qızı Yusifova Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri təyin edilib.
Qeyd edək ki, S. Yusifova Prezident Administrasiyası hüquq-mühafizə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi vəzifəsində çalışıb.