Kənan M.M:“Türk aktyorları çox pul qazanır”

12 Aprel 2014 10:36 (UTC+04:00)

Rejissor Kənan M.M Azərbaycan aktyorlarından söz açıb. SİA-nın verdiyi xəbərə görə, o, verilişlərin birində yerli aktyorlarımızı qardaş ölkənin oyunçuları ilə müqayisə edib: "Əgər maddi imkanım olsa, mən də serialım üçün aktyor gətirərəm. Amma bunu sadəcə reytinq xatirinə edərəm. Ancaq bizim aktyorlarımızın əcnəbilərdən heç bir fərqi yoxdur. Azərbaycan milləti kimi istedadlı xalq dünyada ola bilməz. Türkiyənin bu gün ən öndəgedən aktyorları ilə bizimkilər arasında tək fərq aldıqları qonorardır. Onlar bizdən çox qazanır".