Günəş təyyarəsi dünyanı fəth edəcək

11 Aprel 2014 07:22 (UTC+04:00)

İsveçrədən olan komanda 2015-ci ildə günəş batareyası ilə işləyən təyyarənin köməyi ilə dünyanı fəth etməyi planlaşdırır. Bundan əvvəl "Solar Impulse" təyyarəsinin köməyi ilə istehsalçılar yerli uçuşlar və bir transatlantik uçuş həyata keçiriblər, lakin artıq birinci uçuşdan sonra isveçrəlilər bildiriblər ki, onların hədəfi məhz Yer kürəsi ətrafında birbaşa uçuşdur. Uçuşun gələn ilin aprel-iyul aylarında olacağı gözlənilir.

Günəş batareyası ilə işləyən təyyarənin birinci versiyası hələ 5 il bundan əvvəl nümayiş etdirilib. Təyyarə sahibkar və filantrop Bertran Pikarın maliyyə dəstəyi ilə yaradılıb. "Solar Impulse" təyyarəsində uçuşların çox hissəsini pilot Andre Borşberq, ya da Pikar həyata keçiriblər.

Yer kürəsi ətrafında birbaşa uçuş üçün yeni "Solar Impulse 2" təyyarəsindən istifadə ediləcək. Yeni təyyarədə birinci versiyanın bütün əsas xüsusiyyətləri saxlanılacaq, lakin daha uzunmüddətli uçuşlar üçün hesablanacaq.

Təyyarənin yeni versiyası, demək olar, hazırdır. Pikar günəş batareyası ilə işləyən təyyarənin, demək olar, son variantını İsveçrədə Payern hərbi-hava bazasında nümayiş etdirilib. Təyyarənin qanadında 7200 fərdi günəş paneli quraşdırılmış, onların hər biri sərbəst işləyə bilər. "Solar Impulse 2" təyyarəsinin qanadlarının kənar nöqtələri arasındakı məsafə 72 metr təşkil edir ki, bu da birinci versiyada 15 faiz daha çoxdur. "Solar Impulse 2" təyyarəsinin çəkisi 2,3 tondur.