BlackBerry Messenger yaxın vaxtlarda “Windows Phone” sistemli mobil telefonlarda da tətbiq olunacaq

10 Aprel 2014 06:15 (UTC+04:00)

"BlackBerry"də tətbiq edilən BlackBerry Messenger (BBM) mesajlaşma proqramı 2013-cü ilin sonlarından Android və İOS sistemli mobil telefonlarda istifadə olunur.

BlackBerry CEO-nun icraçı direktoru John Chen mətbuata açıqlamasında "BBM"-in 2014-ci ilin ikinci rübündən etibarən "Windows Phone" sistemli telefonlarda da tətbiq olunmağa başlayacağını bildirib.

Hazırda bu mesajlaşma proqramı 85 milyonu aktiv olmaqla, ümumilikdə 113 milyon istifadəçini əhatə edir.