Kılıçdaroğlunu etirafa məcbur edən yumruq

9 Aprel 2014 16:16 (UTC+04:00)

Yəqin ki, Türkiyənin müxalifətdə olan Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Kamal Kılıçdaroğlunun yumruq zərbəsinə tuş gəldiyini çoxları gördü. Əslində ona dəyən yumruğun həm də CHP-yə dəydiyini də düşünmək mümkündür. Çünki Azərbaycandan fərqli olaraq, Türkiyədə partiyaçılıq məsələsi fərqlidir. Daha dəqiq desək, orada siyasət amili başqadır. Beləliklə, seçiciləri ilə görüşlərinin birində bir dəliqanlı CHP liderinə yaxınlaşmağa fürsət tapan kimi Kılıçdaroğlunun gözünün altını əməlli başlı qaraltmağa müvəffəq oldu. Düzdür, həmin dəliqanlı da dərhal CHP-nin dəmir yumruqlarından qurtula bilməsi, amma olan oldu.

Bütün bunlardan sonra partiyadaşları qarşısında çıxış edən Kamal Kılışdaroğlu çox ilginc, hətta deyərdim ki, demokratik ifadələr işlətdi. Görünür demokratik çıxışa, yaxud, edilən etiraflara səbəb də məhz həmin yumruq oldu.

Kılışdaroğlunun "gəlin məğlubiyyəti özümüzdə axtaraq" demokratikliyi

Bələdiyyə seçkilərində hakim AKP-yə uduzan CHP-lilər Azəraycandakı ənənəvi müxalifət "liderlərindən" fərqli olaraq bir-birlərini ittiham etmədilər. Demədilər ki, filan şəhərdəki məğlubiyyətə görə, sən – filankəsin günahı böyükdür. Ya da demədilər ki, sən – filankəs behməkan şeyi etməsəydin, indi məğlub duruma düşməzdin. Yox, Türkiyədə əsla belə deyil. Bunların müxalifətçiləri nə qədər sərt danışsalar da hadisələrə doğru-düzgün qiymət verməyi kifayət qədər bacarırlar. Hətta Kılıçdaroğlu seçki məğlubiyyətindən sonra dərhal istefa ərizəsi də verdi. Ancaq partiyadaşları necə deyərlər, onun ərizəsini cırıb bir kənara atdılar. Bu da öz yerində.

İndi isə keçək əsas mətləbə. CHP-lilər qarşısında çıxış edən Kılıçdaroğlu dedi ki, ay partiyadaşlarım, gəlin məğlubiyyəti özümzüdə axtaraq. Nəyə görə məğlub olduq, bu məğlubiyyəti dərk etmək üçün bir daha geri baxaq və dərk edək. Bax, bunu deyib Kılışdaroğlu. Görünür, bu etirafı etmək üçün bircə yumruq kifayətiymiş.

Bizim müxalifət "lidelrərinə" kəllə, təpik dəsyə belə, yenə ağıllanmayacaqlar

Ancaq gəlin görək, sabah Kılışdaroğlunun dırnağı qədər belə müxalifət "lideri" ola bilməyən Əli Kərimliyə, Cəmil Həsənliyəə, İsa Qəmbərə tutarlı yumruq dəysəydi necə olardı! Pəh! Partiyalarına məxsus qəzetlər, informasiya saytları başlayacağıydılar ki, ayə qoymayın, "türk dünyasının əvəzolunmaz "liderinə" yumruq atdılar", "iqtidar terrora keçir" və daha hansısa siyasi həyasızlıqlar, başatumançəkdilər və s.

Gəlin daha bir məqamı da xatırlayaq. Cəmil Həsınli yolla gedərkən, kimsə yarımçıq çayını balkondan atıb, o da gəlib düşüb Cəmil Həsənlinin üstünə. Yadınızdadırsa, onda "Azadlıq" qəzeti az qala bunu nüvə reaktorunun maddəsi kimi təqdim etdi, adicə bir çay tullanntısını. Məhz budur Azərbaycan müxalifətinin dəymədüşər "liderliyi".

İndi o boyda Kılıçdaroğluna şarappıltı ilə yumruq dəyib, o bu yumruğu qoyub bir kənara və məğlubiyyətin səbəblərini özündə axtarmağa başlayıb. Yəni demokratiklik təfəkkürünü ortaya qoyub.

Onda yaxşı olardı ki, Cəmil Həsənli, Əli Kərimli, İsa Qəmbər kimi "liderlər" getsinlər Kılışdaroğludan demokratiya dərsi alsınlar. Halbu ki, bu da elə inandırıcı görünmür. Çünki bizim müxalifət "liderləri" necə qanmaz gəliblərsə, eləcə də qanmaz gedəcəklər. Hətta yumruq yox, kəllə, təpik dəysə belə…

Rövşən Nurəddinoğlu