Sabah yağış yağacaq

9 Aprel 2014 12:57 (UTC+04:00)

Aprelin 10-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir. Bu barədə SİA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev açıqlamasında deyib.

Onun sözlərinə görə, sabah paytaxtda şimşək çaxacağı ehtimalı var. Cənub küləyi əsəcək. Havanın temperaturu gecə 4-8, gündüz 13-18 dərəcə isti olacaq.

Aprelin 10-da Azərbaycanın rayonlarında bəzi yerlərdə yağış yağacaq, dağlıq ərazilərdə sulu qar yağacağı gözlənilir. Şimşək çaxacağı ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Cənub küləyi əsəcək, gündüz dağlıq ərazilərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 3-8, gündüz 15-20, bəzi yerlərdə 23 dərəcə, dağlarda gecə 0-5, gündüz 9-14, bəzi yerlərdə isə 17 dərəcəyədək isti olacağı gözlənilir