Təl-Əviv Universitetinin alimlərinin bilavasitə iştirakı ilə yaradılmış İsrailin "StoreDot" startapı müasir dövrün aktual problemini – smartfonlarda batareya enerjisinin çatışmazlığını həll edəcək eyni adlı qurğusunu təqdim edib.
Cihaz smartfonlara enerjini qənaətcil işlətməkdə deyil, smartfonların 30 saniyə ərzində enerji toplamasına kömək edəcək.
Bildirilir ki, enerji yükləmə qurğusunun iş prinsipi açıqlanmır.
Onun yaradıcıları bildiriblər ki, cihazın hansısa bioüzvi nanokristallar əsasında yaradılıb. "StoreDot" qurğusunun işçi prototipi "Samsung Galaxy S4" smartfonunu 30 saniyəyə enerji ilə doldura bilib.