“Google”un ən populyar qurğusunun beynəlxalq satışlarına start verilir

9 Aprel 2014 06:52 (UTC+04:00)

"Google" korporasiyası "Chromecast" yığcam media pleyerinin ABŞ-dan kənarda 11 yeni ölkədə satışlarına başlayır.
Bildirilir ki, qurğunu Danimarka, Finlandiya, Fransa, Almaniya, İtaliya, Norveç, İspaniya, Hollandiya, İsveç və Böyük Britaniyada satın almaq olar. "Chromecast"ı müəyyən ölkələrdə yerli xidmətlər dəstəkləyir. Yaxın gələcəkdə məhsul başqa dövlətlərdə də satışa çıxarıla bilər. Bundan başqa, bu yaxınlarda 50-dən çox dil dəstəyi əldə edilib.
2013-cü ilin iyununda təqdim edilmiş "Chromecast" smartfon və ya planşetdəki videonu "Wi-Fi" vasitəsilə televizora ötürməyə imkan verir. Yığcam pleyer görünüşcə fləş-karta oxşayır və "HDMI" konnektor vasitəsilə televizora qoşulur. ABŞ-da bu pleyerin qiyməti 35, Avropada təxminən 30 dollardır.