Gürcüstanın xalq müdafiəçisi (Ombudsman) Uça Nanuaşvili Acarıstan Muxtar Respublikasının paytaxtı Batumi şəhərində gürcü müsəlmanlarla görüşüb.
Görüşdə burada ikinci məscid binasının tikintisi ilə əlaqədar məsələ qaldırılıb.
Qeyd edək ki, bu məsələ bir neçə dəfə gündəmə gəlmiş, ona münasibət birmənalı olmayıb. Hətta məscid tikintisinin əleyhinə geniş aksiyalar da keçirilib.
Ombudsman gürcü müsəlmanların ikinci məscid tikintisi ilə əlaqədar müraciətlərinin Konstitusiyaya uyğun olduğunu vurğulayıb. Əmin olduğunu bildirib ki, bununla heç kəsin Konstitusiya hüququ pozulmayacaq.