Dünyada ən hündür avtomobil tuneli Çində tikiləcək

7 Aprel 2014 03:09 (UTC+04:00)

Dünyada ən yüksək dağlıq yerdə avtomobil tuneli Çində salınacaq.
Tunel Çendu və Lxas şəhərlərini birləşdirəcək. Dəniz səviyyəsindən dörd min metr hündürlükdə tikiləcək magistral yolun uzunluğu 7 kilometr təşkil edəcək.
Tikinti işləri başa çatdıqdan sonra sürücülər əvvəllər bir yaşayış məskənindən digərinə 2 saata getdikləri məsafəni indi 10 dəqiqəyə qət edəcəklər.
Tunelin açılışı 2016-cı ildə nəzərdə tutulub.