Məhşur "Ok" sözünün mənaları MARAQLI

6 Aprel 2014 13:18 (UTC+04:00)

Obeday Kelly (Obediah Kelly) - ABŞ-ın dəmiryolunun yükdaşıyan agenti vacib sənədlər OK yazaraq Obeday Kelly tərəfindən yoxlanıldığını bildirirmiş.

Okeh – sözü Çokto dilində "bəli" deməkdir.

Oll Korrekt – 19 əsr ABŞ prezidenti Andrew Jacksonun ən məhşur ifadəsi idi. Hər şey yaxşıdır, düzgündür sözünü bəzən o "OK" deyərək bildirirmiş.

Old Kinderhook- Prezident Jacksonun köməkçisi Martin vann Buren öz doğma torpağı olan Old Kinderhook barədə danışanda qısaca olaraq OK deyirmiş.

Ola Kala – Yunan dilində hər şey qaydasındadır deməkdir. Qısaca olaraq "OK".

О Ке – Mandinqo dilində hər şey yaxşıdır deməkdir.

Oav Kay – Vol millətinin dili ilə desək "bəli, həqiqətən" demiş olarıq.

Omnia Correcta – Latın dilində "bəli, düzgündür" deməkdir.

Aux Cayes (Okey kimi oxunur) - Haitidə öz ecazkar rom adlı içkisi ilə seçilən kəndin adıdır.

Och Aye – Şotland dilindən "OO bəli" deməkdir.