Elmar Məmmədyarov Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb FOTO

3 Aprel 2014 17:59 (UTC+04:00)

Bu gün nazir Elmar Məmmədyarov ölkəmizdə səfərdə olan Dünya Turizm Təşkilatının Baş katibi Taleb Rifaini qəbul edib. Azərbaycan Xarici İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, görüşdə Azərbaycan ilə Dünya Turizm Təşkilatı arasında əməkdaşlıqdan məmnunluq ifadə olunub və əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub.

Həmçinin Taleb Rifai Azərbaycanda müşahidə olunan inkişafın onda böyük təəssürat doğurduğunu bildirib, turizmin inkişafı üçün Azərbaycan tərəfindən böyük işlər görüldüyünü vurğulayıb və ölkəmizə xarici turistlər tərəfindən getdikcə marağın artdığını qeyd edib.