Ukrayna Rusiyanı beynəlxalq məhkəməyə verməyə hazırlaşır

3 Aprel 2014 17:16 (UTC+04:00)

"Gələn həftədən Ukraynanın Ədliyyə Nazirliyi Rusiyanın Krıma vurduğu zərərlə bağlı hesblamalara başlayacaq". SİA "İnterfax-Ukraina"-ya istinadən xəbər verir ki, bu barədə nazir Pavel Petrenko keçirdiyi mətbuat konfransında məlumat verib.

Onun sözlərinə görə, Ədliyyə Nazirliyi hazırda məhkəmə iddialarına əlavələrini edir: "İnanıram ki, gələn həftə ilk ekspert nəticələri və rəyləri hazır olacaq. Krımda zərər görən bütün əmlaklara görə, iddialar qaldırılacaq. Beynəlxalq strukturlar Rusiya Federasiyasının qanunlara zidd hərəkətini qınayıblar".

Rövşən Nurəddinoğlu