DİN Tovuzdakı partlayışa aydınlıq gətirdi

3 Aprel 2014 12:48 (UTC+04:00)

Tovuz rayonunda qaz balonunun nasazlığından ani partlayış baş verib. SİA-nın Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən verdiyi xəbərə görə, aprelin 2-də Tovuz rayonu Qaraxanlı kənd sakini Bayram Məhərrəmovun həyətində qaz balonunun nasazlığından ani partlayış baş verib. Hadisə nəticəsində dağıntı olmayıb. Lakin Bayram Məhərrəmov yanıq xəsarəti alıb. O, xəstəxanaya yerləşdirilib.