Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) "Akademiya şəhərciyi"ndə 2 yeni futbol meydançası yaxın günlərdə istifadəyə veriləcək. AMEA-dan SİA-ya verilən xəbərə görə, hər biri təxminən 1000 kvadratmetr sahəni əhatə edən meydançalar texniki göstəriciləri və müasir xarici görünüşləri ilə fərqlənirlər. Burada standartlara cavab verən süni ot örtüyü döşənib.
Meydançaların üstünün örtülməsi üçün xüsusi metal konstruksiyadan istifadə olunub, üzərinə müxtəlif ölçüdə yanğına və digər təsirlərə davamlı örtük çəkiləcək. Stadionların ətrafında abadlıq işləri, o cümlədən dekorativ ağac və kol bitkilərinin əkilməsi tamamlanmaq üzrədir. Stadionlara aid ərazidə lazımi şəraitlə təmin olunmuş geyinib-soyunma və yuyunma otaqları, həmçinin 40 nəfərlik kafedən ibarət xidməti bina da fəaliyyət göstərəcək.
Tikintisi 5 aya aparılan kompleks AMEA əməkdaşları üçün həftə içi hər gün ödənişsiz fəaliyyət göstərəcək.