Mobil qurğularda “ölüm düyməsi” nədir?

3 Aprel 2014 08:26 (UTC+04:00)

Cinayətkarlarda mobil qurğuları oğurlamaq arzusunu tamamilə yox etmək üçün qurğuları hala gətirəcək "ölüm düyməsi" ("kill switch") funksiyası yaradılmalıdır. Kreyton Universitetinin statistika kafedrasının müdiri Uilyam Dakvortun tədqiqatında iştirak edən 1200 nəfər amerikalının 99 faizi bu fikirdədir. Rəyi öyrənilənlərin 83 faizi hesab edirlər ki, "ölüm düyməsi" smartfon oğurluqlarının sayının azalmasına səbəb olacaq. 93 faiz respondent isə bu texnologiyanın bütün operatorlarda pulsuz olmasını dəstəkləyiblər.

Uilyam Dakvort bildirib ki, hər il ABŞ sakinləri oğurlanmış telefonların əvəzinə aldıqları yeni telefonlara təxminən 500 milyon dollar xərcləyirlər. Təkcə 2012-ci ildə amerikalılara məxsus təxminən 1,6 milyon planşet oğurlanıb. Bundan başqa, bütün dünyada mobil qurğular üçün sığortaların əldə edilməsinə 2 milyard dollar pul xərclənib.

Ötən il Amerikanın 4 ən böyük operatoru sığorta satışından 7,8 milyard gəlir əldə edib. Bunun üçün də həmin şirkətlər mobil telefonlarda "ölüm düyməsi"nin istifadəyə verilməsində maraqlı deyillər.