ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik aprelin 4-də Moskvada Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə görüşəcək. Bu barədə SİA amerikalı həmsədrin "Twitter" səhifəsinə istinadən xəbər verir.
Amerikalı həmsədr səhifəsində ATƏT-də keçiriləcək müzakirələrdə iştirak etmək üçün bu gün Vyanaya yola düşdüyünü də qeyd edib: "Bu gün ATƏT-də keçiriləcək müzakirələrdə iştirak etmək üçün Vyanaya yola düşürəm. Cümə günü isə Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə görüşmək üçün Moskvaya yola düşəcəyəm".